Demensiyanın müalicəsində musiqi terapiyası ümid yaradır TƏDQİQAT | Icma.az
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir. ABŞ-ın Anglia Ruskin Universitetinin (ARU) pilot tədqiqatı çərçivəsində demensiya
“MELODIC” (Musical Engagement for the Loneliness and Distress in Dementia Care) adlı yanaşma canlı musiqi terapiyasını dərmanlara alternativ
“MELODIC” müdaxiləsi metodunu xəstələrin və ailələrin rəyləri əsasında klinik ordinatorlar və musiqi terapevtləri birgə hazırlayıblar.
Məqsəd xəstələrin rifahını artırmaq və onların gündəlik davranışlarındakı pozuntuları minimuma endirməkdir.
Pilot tədqiqat çərçivəsində musiqi terapiyası seanslarına mahnı oxuma, musiqi alətlərində ifa və dinləmə daxil edilib.İlkin nəticələr göstərib ki, musiqi terapiyası tətbiq olunan xəstələrdə həyat keyfiyyətində artım, narahatlıq əlamətlərində azalma müşahidə olunub.
Ümumilikdə davranış pozuntularında azalma və xəstəxana insidentlərinin sayında sabitlik qorunub saxlanılıb.
Ən əsası isə heç bir mənfi hadisə qeydə alınmayıb.ARU-nun Kembric Musiqi Terapiyası Tədqiqatları İnstitutunun tədqiqatçısı Naomi Tompson qeyd edir: “Stasionar psixi sağlamlıq palatalarında demensiya xəstələri tez-tez yüksək səviyyədə narahatlıq yaşayır və işçilər bu vəziyyəti təhlükəsiz və mərhəmətli şəkildə idarə etməkdə çətinlik çəkirlər.
“MELODIC” aləti bu mürəkkəb şəraitdə effektiv istifadə oluna bilər və psixotrop dərmanlara alternativ təqdim edir”.“MELODIC” modelinin formalaşmasında 49 tibb işçisi, xəstələr və onların ailələri ilə aparılmış müsahibələr əsas rol oynayıb.
Tam oxu
Xəbəri oxu