Demensiyanın müalicəsində musiqi terapiyası ümid yaradır TƏDQİQAT | Icma.az
Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın Anglia Ruskin Universitetinin (ARU) pilot tədqiqatı çərçivəsində demensiya xəstələrinin müalicəsində musiqi terapiyasından istifadə ümidverici nəticələr əldə olunub.
“MELODIC” (Musical Engagement for the Loneliness and Distress in Dementia Care) adlı yanaşma canlı musiqi terapiyasını dərmanlara alternativ olaraq təklif edir və xəstələrin sıxıntısını azaltmaq məqsədi daşıyır.
AZƏRTAC “Science Daily” saytına istinadla xəbər verir ki, tədqiqat psixotrop dərmanlardan asılılığı azaltmaq məqsədilə iki palatada həyata keçirilib.
“MELODIC” müdaxiləsi metodunu xəstələrin və ailələrin rəyləri əsasında klinik ordinatorlar və musiqi terapevtləri birgə hazırlayıblar.
Məqsəd xəstələrin rifahını artırmaq və onların gündəlik davranışlarındakı pozuntuları minimuma endirməkdir.
Pilot tədqiqat çərçivəsində musiqi terapiyası seanslarına mahnı oxuma, musiqi alətlərində ifa və dinləmə daxil edilib.
İlkin nəticələr göstərib ki, musiqi terapiyası tətbiq olunan xəstələrdə həyat keyfiyyətində artım, narahatlıq əlamətlərində azalma müşahidə olunub.
Tam oxu
Xəbəri oxu