Demensiyasız həyat üçün bunu edin

14.08.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Orta yaşda damar sağlamlığının qorunmasının demansiyadan uzaq qalmağa  əhəmiyyətli təsir göstərə biləcəyi müəyyənləşib.

Axşam.az xəbər verir ki, yeni araşdırmada 48-68 yaş arasında normal qan təzyiqinin olması, şəkərli diabetin olmaması və siqaret çəkməməyin demanssız yaşam müddətinin orta hesabla 13 il daha uzun olması ilə əlaqəli olduğu aşkarlanıb.

Tədqiqatçılar 12 mindən çox insanın məlumatlarını araşdıraraq diabet, yüksək qan təzyiqi və siqaret istifadəsinin demanssız yaşam müddətinə təsirini qiymətləndiriblər.

Nəticələrə görə, orta yaşda bu üç risk faktorunun hər üçünə sahib olan şəxslərin demensiyaya tutulma riski heç bir risk faktoru olmayanlarla müqayisədə təxminən üç dəfə çox olub.

Mütəxəssislər orta yaş dövründə ürək-damar sağlamlığına diqqət yetirməyin sonrakı illərdə beyin sağlamlığının qorunmasına da töhfə verə biləcəyini vurğulayırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью