Dəməşq bu halda rus hərbi bazalarını saxlayacaq Nazir

07.02.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Suriya ona sərfəli olarsa, Tartus və Xmeymimdəki Rusiya hərbi bazalarını öz ərazisində saxlayacaq.

Axar.az xəbər verir ki, bunu Suriya keçid hökumətinin müdafiə naziri Murhaf Əbu Kəsra deyib.

O qeyd edib ki, Rusiya ilə Suriyanın yeni rəhbərliyi arasında münasibətlər xeyli yaxşılaşıb, çünki siyasətdə əbədi düşmənlər yoxdur:

“Ola bilsin ki, Rusiya ilə münasibətlər elə bərpa olunsun ki, ilk növbədə Suriyanın, sonra isə onların maraqlarına cavab versin”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью