Dəməşq hava limanı açılır

12.12.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Müxalifət qüvvələrinin paytaxtı ələ keçirməsindən sonra bağlanan Dəməşq hava limanı yaxın bir neçə gün ərzində fəaliyyətini bərpa edəcək. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə hava limanının direktoru Anis Fəlluh “France-Press” agentliyinə açıqlama verib:

“Allahın köməyi ilə hava limanı ən qısa zamanda açılacaq. Çünki biz tam gücü ilə işləyəcəyik”.

Fəlluh bunun yaxın bir neçə gündə baş verəcəyini əlavə edib. 

“Biz Suriya hava məkanı vasitəsilə uçuşları tez bir zamanda bərpa edə biləcəyik”,- deyə direktor bildirib.

Öz növbəsində, təyyarələrə texniki xidmət üzrə zabit Samer Radi bildirib ki, hazırda yerdə 12 təyyarə var. Onlardan biri müxalif qüvvələr tərəfindən ələ keçirilərkən qarətçilər tərəfindən avadanlıqları sökülüb.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью