Dəməşq hava limanı bu gün açılır

18.12.2024

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suriyada müxalif qüvvələrin Dəməşqə irəliləməsi ilə bağlı bağlanan Dəməşq Beynəlxalq Hava Limanı bu gün açılacaq.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Hava limanı mərhələli şəkildə fəaliyyətə başlayacaq.

İlk uçuş paytaxt Dəməşqdən rejim müxalifləri üçün kritik nöqtələrdən biri və Suriyanın ikinci böyük şəhəri Hələbə olacaq.

Hava limanının tezliklə beynəlxalq reyslərə açılacağı bildirilsə də, dəqiq tarix verilməyib.

Suriya Mülki Aviasiya İdarəsi həftə sonu öz hava məkanını uçuş trafikinə açıb.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью