Dəməşq hava limanı bu tarixdən uçuşlara başlayacaq

04.01.2025

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Dəməşq hava limanı yanvarın 7-dən beynəlxalq uçuşlara başlayacaq".

Teleqraf.com "Reuters"ə istinadən xəbər verir ki, bunu Suriya Mülki Aviasiya İdarəsinin rəhbəri Əhməd Əl-Salibi deyib.

Xatırladaq ki, hava limanı Dəməşqin HTŞ-nin nəzarətinə keçməsindən sonra - dekabrın 8-də fəaliyyətini dayandırıb.

Dekabrın 13-də isə yalnız xüsusi reyslərin qəbuluna və göndərilməsinə icazə verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью