Dəməşq İrana Suriyada xaos yaymamaq barədə xəbərdarlıq edib

25.12.2024

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Dəməşq rəsmiləri İrana Suriyada xaos yaymamaq barədə xəbərdarlıq edib.

Bizimyol.info xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani deyib.

“İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və bütövlüyünə hörmət etməlidir. İran bizim daxili işlərimizə qarışmamalıdır”, - deyə "Al Watan" nazirə istinadən verdiyi məlumatda bildirib.

“Biz onları (iranlıları) Suriyada xaos yaymaqdan çəkinməyə çağırırıq”, - deyə əl-Şibani qeyd etdi.

Noyabrın 27-də silahlı müxalifət qrupları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam onlar Hələb, Həma, Dəra və Homsu ələ keçirdilər, dekabrın 8-də isə Suriya hökumət qüvvələrinin bölmələri tərəfindən tərk edilmiş Dəməşqə daxil oldular. Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib.

Dekabrın 10-da 2024-cü ilin yanvarından İdlib əyalətində müxalifətin yaratdığı qondarma Qurtuluş Hökumətinə başçılıq edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya hökumətinin başçısı təyin olunduğunu açıqlayıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью