Dəməşq Rusiyanın Suriyadan getməsini istəmir

29.12.2024

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Suriyanın yeni hakimiyyətinin lideri Əhməd Əş Şaraa Dəməşqin Rusiyanın Suriyadan getməsini istəmədiyini bəyan edib. Onun sözlərinə görə, iki ölkəni strateji maraqlar birləşdirir və Suriyanın yeni hakimiyyəti Rusiyanın respublika ərazisini tərk eləməsi ilə iki ölkənin münasibətlərinə xələl gəlməsini istəmir.
Əş Şaraa "Al Arabiya" telekanalına müsahibəsində deyib: "Suriyanı Rusiya ilə strateji maraqlar birləşdirir. Rusiyanın Suriya ilə münasibətlərinə zidd şəkildə getməsini istəmirik".
Hürr Tərcüman

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью