Dəməşq yaxınlığında bir neçə partlayış baş verib

07.04.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gecə saatlarında Dəməşqin qərb hissəsində bir neçə güclü partlayış baş verib.

APA xəbər verir ki, bu barədə Livanın "Al Mayadeen" telekanalı məlumat yayıb.

Məlumata görə, yerli hakimiyyət orqanları hadisənin İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqin qərbində yerləşən hərbi obyektlərə endirdiyi növbəti raket zərbəsi nəticəsində baş verdiyini ehtimal edir.

Hazırda hadisə ilə bağlı ətraflı məlumat verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью