Dəməşqdə baş verən atışmada azı 28 nəfər həlak olub

10.12.2024

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Dekabrın 8-də Dəməşqin müxalifət qüvvələri tərəfindən tutulması zamanı baş verən atışmalarda ən azı 28 nəfər ölüb, ən azı 450 nəfər yaralanıb.

Bunu Suriyanın səhiyyə naziri Əhməd Damiriya “Əl Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

“Səhiyyə Nazirliyinin ən böyük xəstəxanası olan Dəməşq xəstəxanasında ötən gecə 450 yaralı olub. Məndə olan məlumata görə, 28 nəfər də ölüb”, - nazir bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью