Dəməşqdə dərman deposunda çoxlu cəsəd tapılıb VİDEO

18.12.2024

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

Suriyanın paytaxtı Dəməşq növbəti dəfə çoxlu cəsəd aşkarlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, aralarında uşaqların da olduğu 20-dən çox adama aid cəsədlərin qalıqları Dəməşqin Seyyide Zeynep bölgəsindəki anbarda tapılıb.

Hadisə yerinə gələn Mülki Müdafiə və tibbi ekspertiaza qrupları araşdırmaya başlayıb.

Mülki Müdafiə Təşkilatının rəsmisi Ammar Selmo bildirib ki, cəsədlər dərman deposunun soyudusunda aşkarlanlb: "Onların çoxu çürüyüb, bəzilərinin artıq skileti qalıb. Onların şəxsiyyətini müəyyən etməyə çalışırq. DNT analizləri götürüləcək".

Samir MUSAYEV
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью