Dəməşqdə Əsədin atasının abidəsini söküblər

07.12.2024

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dəməşq sakinləri Suriya prezidenti Bəşər Əsədin atası Hafiz Əsədin abidəsini söküblər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Dəqiqləşdirilir ki, heykəl Dəməşqin kənarındakı Jaramana ərazisinin sakinləri tərəfindən sökülüb.

Bundan əvvəl dekabrın 7-də Suriya hökumət təyyarəsinin Dəməşqdən havaya qalxdığı məlum olub.

Təyyarənin göyərtəsində kimin olduğu məlum deyil.

Əsədin ofisi əmin edib ki, Suriya prezidenti paytaxtdadır. Hazırda Homsda Suriya ordusu ilə silahlı Suriya müxalifətinin yaraqlıları arasında döyüşlər gedir.

Amma deyilənə görə, Əsəd artıq qoşunları nəzarəti itirib.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью