Dəməşqdə güclü partlayış: 15 ölü, 22 yaralı Video

22.06.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Suriyanın paytaxtı Dəməşqin şərqində güclü partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.

Məlumata görə, hadisə MAR Elias katolik monastırının ərazisində baş verib.

Yerli mənbələr partlayışı kamikadzenin törətdiyini bildirirlər.

Son məlumatlara görə, ən azı 15 nəfər ölüb, 22 nəfər ağır yaralanıb. Rəsmilər hələ baş verənləri şərh etməyiblər. Hadisə ilə bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью