Dəməşqdə hərbi bazada partlayış olub

03.09.2025

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Suriyanın paytaxtı Dəməşqdə hərbi bazada partlayış olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış Dəməşq Beynəlxalq Hava Limanının yaxınlığında baş verib.

Suriya hökuməti hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Suriya Mülki Aviasiya İdarəsi isə partlayışın hava limanından 20 kilometr aralıda baş verdiyini açıqlayıb. Bildirilib ki, partlayış müharibənin qalıqları səbəbindən baş verib.

Partlayış nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.

Səlahiyyətlilər hava limanının təhlükəsiz olduğunu və hava hərəkətində heç bir maneənin olmadığını qeyd ediblər.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью