Dəməşqdə İtaliya səfirliyinin binası qarət edilib

09.12.2024

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dəməşqdə naməlum şəxslər İtaliya səfirliyinin binasını qarət ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, bir qrup şəxs səfirliyin binasından əşyaları çıxarıb və diplomatik nömrəli üç avtomobili qaçırıb.

Şahidlərin sözlərinə görə, Dəməşqin hökumət məhəlləsində xarici nümayəndəliklərə məxsus daha bir neçə bina qarət edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью