Dəməşqdə komendant saatı elan edildi

08.12.2024

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Suriyanın paytaxtı Dəməşqdə yeni müxalif hökumət komendant saatı tətbiq edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, qadağa yerli vaxtla 16.00-05.00 arasında tətbiq olunacaq.

Qeyd edilib ki, Dəməşqdə nəzarəti ələ keçirən və Əsəd rejimini devirən müxaliflər həbsxanalardakı məhbusları azad ediblər. Müxaliflər xaricdəki suriyalıları ölkələrinə qayıtmağa çağırıb.

Suriya Müvəqqəti Hökumətinin rəhbəri Əbdürrəhman Mustafa verdiyi açıqlamada ölkədə ümumi amnistiya qərarının elan edildiyini bildirib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью