Dəməşqdə komendant saatı tətbiq edilib

08.12.2024

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Suriyanın paytaxtı Dəməşqdə komendant saatı tətbiq edilib. AYNA xəbər verir ki, bu barədə Suriyanın "Əl Vətən" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, hərbi komandanlıq Dəməşqdə saat 16:00-dan 05:00-a qədər (Bakı vaxtı ilə 06:00) komendant saatı tətbiq edir.

Bundan əvvəl Suriyanın müvəqqəti hökumətinin başçısı Əbdürrəhman Mustafa ölkədə keçid hakimiyyətinin formalaşmasına başlandığını elan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью