Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Suriyanın paytaxtı Dəməşqdə yerləşən Aziz Pavlus Monastrının ərazisindəki Aziz Paul heykəli oğurlanıb. Hadisə Bab Kisan bölgəsindəki monastr kompleksində qeydə alınıb.
BAKU.WS xəbər verir ki, Dəməşq İnformasiya İdarəsinin məlumatına görə, oğurlanan heykəl 1999-cu ildə Papa II İoann Pavel tərəfindən kilsəyə hədiyyə edilib. Bakırdan hazırlanmış abidənin maddi dəyərinə görə hədəf seçildiyi ehtimal edilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb. Oğurluğu törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər görülür.