Dəməşqdə qanlı hücum Yaralılar var Video

07.08.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suriyanın paytaxtı Dəməşqdə sərnişin avtobusuna bombalı hücum təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Suriya Dövlət Televiziyası məlumat yayıb.

Bildirilib ki, partlayış avtobusa yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. Hücum zamanı 14 nəfər yaralanıb.

Partlayışdan sonra ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, xəstəxanalarda hazırlıq vəziyyəti artırılıb və yaralılar tibbi yardım üçün xəstəxanalara çatdırılıb.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью