Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyə-Suriya təhsil əməkdaşlığı çərçivəsində Dəməşqdə inşa edilmiş Rəcəb Tayyib Ərdoğan adına Beynəlxalq Türk Məktəbinin açılışı olub.
Xəbəri “Anadolu” yayıb.
Məktəb təxminən 900 şagird tutumuna malikdir və ibtidai, orta və liseyləri əhatə edən 36 sinifdən ibarətdir.
Türkiyənin Milli təhsil naziri Yusif Tekin açılış nitqində deyib: “Xəritələrdə sərhədlər var, amma ürəklər arasında sərhədlər çəkilə bilməz”. O, təhsilin Suriyanın bərpası üçün əsas vasitə olduğunu və uşaqların iki ölkə arasındakı yeni münasibətlərdə “əsas sabitlik körpüsü” olacağını söyləyib.
Mərasimdən sonra Tekin tələbələrlə video bağlantı vasitəsilə söhbət edib. İlk dərsləri Türkiyə Milli Təhsil Nazirliyinin nümayəndələri aparıb.
Türkiyədə səkkiz il təhsil aldıqdan sonra Suriyaya qayıdan 11-ci sinif şagirdi Şehid qeyd edib ki, məktəbin açılması təhsilini davam etdirməklə bağlı narahatlığını ümidlə əvəz edib. O, psixologiya üzrə təhsil almağı planlaşdırdığını bildirib.
P.ƏMİRCANOV
XQ