Dəməşqdə son durum: Müxaliflər hakimiyyəti təhvil götürürlər

08.12.2024

Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dəməşq küçələrində intensiv atışma səsləri eşidilir, silahlı müxalifət birləşmələri şəhərin mərkəzi küçələri ilə irəliləyirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a hadisə şahidləri məlumat verib.

“İndi küçələrdə ağır atışma səsləri eşidilir, müxalifət şəhərdədir. İrəliləyirlər, küçələrdə çox adam var, havaya atəş açılır, mülki şəxslər arasında itki yoxdur”, - deyə şahid söyləyib.

Xatırladaq ki, bundan əvvəl Suriyanın hazırkı hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali özünün "Facebook" səhifəsində respublikada hakimiyyəti dinc yolla təhvil verməyə hazır olduğunu bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью