Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Suriya silahlıları Dəməşqin şimalında yerləşən Seydnaya həbsxanasını ələ keçirib və oradakı bütün məhbusları azad ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Xatırladaq ki, Suriya hökumətinin idarə etdiyi Seydnaya Hərbi Həbsxanası həm mülki fəallar, həm də silahlı müxalifət nümayəndələri olan minlərlə məhbusun saxlanması üçün istifadə edilib.
Safura Bənnayeva
Globalinfo.az