Demet Akalının maraq doğuran Videosu

23.11.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyəli müğənni Demet Akalın bu dəfə səhnə çıxışı və ya açıqlaması ilə deyil, gündəlik həyatından paylaşdığı görüntülərlə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sənətçi olduğu məkanda kruassan yeyərkən çəkilən anları sosial şəbəkə hesabında yayımlayıb. Onun şirniyyatdan zövqlə dadması izləyicilərin də diqqətindən yayınmayıb.

Paylaşımın altına çoxsaylı rəylər yazılıb. İzləyicilərin bir qismi müğənninin iştahla yeməyinə zarafatla yanaşıb, digərləri isə ona xoş arzularını çatdırıb. "Nuş olsun", "Şəfa olsun, kraliça" və "Sizi çox sevirəm" kimi şərhlər arasında bir istifadəçinin "Qadın özünü sıxmır, bəziləri kimi, necə də gözəl dadını çıxarır" fikri də seçilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью