Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən tur “Baku Sportinq”i üzərində 5:0 hesabı ilə qələbə qazanan “Qəbələ”nin növbəti mövsümdən premyer-liqada çıxış edəcəyi rəsmiləşib.
“Qırmızı-qaralar” turnir məsafəsini, demək olar ki, birnəfədə keçdi, indiyə qədər uduzmayıb və cəmi 4 qol buraxıb.
Bu nəticə ilə bağlı komandanın kapitanı Murad Musayevin fikrini öyrəndik: “Şükürlər olsun ki, premyer-liqaya vəsiqə qazandıq.
Deməzdim ki, bu, asan başa gəldi. Komanda olaraq qarşıya qoyulan məqsədə çatmaq üçün çox əziyyət çəkmişik.
Bunun nəticəsidi ki, az qol buraxaraq məğlub olmadan vəsiqəni təmin etdik. Lakin çempionluq yolumuz hələ davam edir.
Çempion olmaq üçün də əlimizdən gələni etməliyik”.ƏSƏD SEYİDOV Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.