Demi Mur Substansiya dakı roluna görə mükafat qazandı

24.02.2025

Icma.az, Azvision saytına istinadən bildirir.

Bu barədə gildiyanın saytında məlumat verilib. Dünyanın maraqla izlədiyi mükafatlandırma mərasimi Netflix-də yayımlanıb.
Timoti "ən yaxşı kişi rolu"na layiq görüldü Murun bu kateqoriyadakı müsabiqədə əsas rəqibləri də məlum olub. Bunlar "Şougerl" filmindəki roluna görə Pamela Anderson, Sintia Erivo, "Emiliya Peres"dəki roluna görə Karla Qaskon və "Anora" filmindəki baş rola görə Mayki Medison olub.
Qeyd edək ki, Mur "Substansiya" filmindəki roluna görə artıq "Qızıl Qlobus" alıb və "Oskar" mükafatına namizəd olub. Məşhur kino akademiyasının mükafatlandırma mərasimi martın 2-də baş tutacaq.
Aktyor Timoti Şalame isə ABŞ Kinoaktyorlar Gildiyasının (Screen Actors Guild) "ən yaxşı kişi rolu" nominasiyası üzrə mükafata layiq görülüb.
1933-cü ildə yaradılmış gildiya ABŞ-də kino, televiziya və digər sənaye işçilərinin maraqlarını təmsil edir. Mükafatlar isə təşkilat tərəfindən 1995-ci ildə təsis edilib. O vaxtdan bəri hər il mərasimlər keçirilir.
Tural Tağıyev
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью