Demiçelis bu klubu çalışdıracaq

22.06.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Demiçelis bu klubu çalışdıracaq

Martin Demiçelis Almaniyanın "Leypsiq" klubunun yeni baş məşqçisi təyin edilib.

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Tərəflər arasında 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Ötən mövsüm Bundesliqanı üçüncü pillədə tamamlayan "Leypsiq" bu nəticə ilə UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.

Xatırladaq ki, Demiçelis futbolçu karyerasında "Bavariya" ilə dörd dəfə Almaniya çempionu olub, "Mançester Siti" ilə isə İngiltərə Premyer Liqasını və iki dəfə Liqa Kubokunu qazanıb. O, həmçinin Argentina milli futbol komandasının heyətində 51 oyuna çıxıb.

Mütəxəssis məşqçi karyerasında "River Pleyt", "Monterrey" və "Real Mallorca" klublarında çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью