Icma.az bildirir, Qol.az portalına istinadən.
"Monterrey”in baş məşqçi Martin Demiçelis istefaya göndərilib.
QOL.az xəbər verir ki, bu barərdə Meksika klubunun rəsmi saytı məlumat yayıb. Yeni məşqçinin adının yaxın günlərdə açıqlanacağı bildirilib.
Argentina millisinin sabiq üzvü 2024-cü ilin avqustundan “Monterrey”i çalışdırırdı. Bu mövsüm komanda Meksikanın müntəzəm çempionatında 7-ci yeri tutub və 1/4 final mərhələsində mübarizəni dayandırıb.
Qeyd edək ki, 44 yaşlı mütəxəssis daha əvvəl "Bavariya"nın 2-ci komandasını və "River Pleyt"i çalışdırıb.