Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Koreya Respublikasının həbsdə olan prezidenti Yun Sok Yol həbsxanadan məktub yazıb.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, məktubun məzmununu vəkil Yun Qap Qın açıqlayıb.
Onun sözlərinə görə, məktub həbsxanadan vəkillər vasitəsilə göndərilib.
"Həbsxanada bəzi kiçik narahatlıqlar olsa da, ümumilikdə hər şey qaydasındadır", - deyə Yun Sok Yol bildirib.
O, milli bayramlar münasibətilə həmvətənlərinə keçmiş müraciətlərini yenidən oxuyaraq özünü ələ aldığını və dövlət işlərini necə apardığını retrospektiv şəkildə qiymətləndirdiyini izah edib.
Yun Sok Yol ölkəni dəstəkləmək üçün "soyuq küçələrə çıxan insanların qızğın vətənpərvərliyinə görə" təşəkkür edib.
Bundan əvvəl bildirilmişdi ki, prezident həbsinin ilk günündə təcridxananın 10 kvadratmetrlik otağında yerləşdirilib.