Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yük maşınının yük yerindəki dəmir borular hərəkətdə olan taksinin üzərinə aşıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Moskva şəhərində baş verib.
Məlumata görə, borulardan bir neçəsi birbaşa minik avtomobilinin ön şüşəsini deşərək salonun içinə daxil olub. Qəza nəticəsində nəqliyyat vasitəsi yararsız hala düşüb, taksi sürücüsü isə möcüzə nəticəsində sağ qalıb. Bundan əlavə, hadisə zamanı arxadan gələn daha bir taksiyə ziyan dəyib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Namiq Musayev