Icma.az bildirir, Xalq qazeti portalına istinadən. Ayağa qalxan zaman dostların kim olduğunu bilirlər.
Yıxıldığın zaman sən dostlarının kim olduğunu bilirsən. Mayk Tayson ABŞ-də əfsanəvi boksçu Mayk Taysonla ondan 30 yaş kiçik bloqer Ceyk Pol
Döyüş səkkiz raund davam edib və qarşılaşma 79-73 hesabı ilə 27 yaşlı bloqqerin qələbəsi ilə yekunlaşıb.
58 yaşlı Tayson 2005-ci ildən sonra ilk peşəkar döyüşündə məğlub olub.
Döyüş rəsmi hesab olunduğundan nəticə tanınmış boksçunun karyera statistikasına daxil edilib.
Amma bu məğlubiyyət Taysona 20 milyon ABŞ dolları qazandırıb. Mayk Tayson həm idman, həm də bioqrafik baxımdan qeyri-adi boksçudur.
Onun həyatı kitab və ya film üçün hazır süjetdir. O, 1966-cı ildə Nyu-York şəhərinin ən təhlükəli rayonunda – Braunsvildə anadan olub.
Cinayət və yoxsulluqla əhatə olunmuş əlverişsiz məhəllədə böyüyüb.