Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Xırdalan şəhərində güclü külək nəticəsində dəmir örtük avtomobillərin üzərinə aşıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə zamanı örtük 5 avtomobilin üzərinə düşüb.
Ümumilikdə isə 9 avtomobilə ziyan dəydiyi bildirilir.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.