Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Gürcüstanda dəmir yolllarının modernləşdirilməsi başa çatmaq üzrədir.
Avtosfer.az xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili COP29 çərçivəsində təşkil olunmuş “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.
Onun sözlərinə görə, bu, magistral dəmir yolu xəttində istismar səmərəliliyini artıracaq, eyni zamanda illik ötürmə qabiliyyətini 27 milyon tondan 48 milyon tona çatdıracaq: "Həmçinin BakI-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan, Gürcüstan və Türkiyəni birbaşa birləşdirərək Orta Dəhlizi daha da gücləndirəcək.
Bundan başqa, Şərq-Qərb magistralının tikintisi sürətlə davam etdirilir və 70 %-i artıq nəqliyyatın hərəkəti üçün açıqdır.
Yeni yollar Avropa yol təhlükəsizliyi standartlarına uyğun tərtib edilib".
Nazir deyib ki, ölkəsi yol şəbəkəsinin performansını və idarə edilməsini daha da təkmilləşdirmək üçün intellektual nəqliyyat sistemləridən istifadə edir: "Bunlardan biri ilkin mərhələdə azı 600 000 TEU-nu idarə etmək gücünə malik olan Təqdimat Limanı layihəsidir.
Hazırda layihəyə birgə investisiya etmək üçün özəl tərəfdaş seçilir.
Gürcüstan hökuməti artıq seçilmiş Belçika podratçısı vasitəsilə dəniz infrastrukturu üzərində işlərə başlayıb.