Dəmir yolu işçiləri tətil keçirəcək

26.11.2024

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransa Dövlət Dəmir Yollarının (SNCF) əməkdaşları növbəti tətilə hazırlaşırlar.

Avtosfer.az “Figaro”ya istinadla xəbər verir ki, həmkarlar təşkilatları dekabrın 11-də axşam saatlarından başlayaraq tətil keçirmək barədə qərar qəbul edib. Etiraz aksiyasına səbəb SNCF-in yük bölməsinin özəlləşdirilməyə çıxarılmasıdır. Dəmir yolçuların həmkarlar təşkilatları konfederasiyaları özəlləşdirməyə moratorium qoyulması tələbini irəli sürüb.

Qeyd edək ki, SNCF-in yük bölməsinin özəlləşdirilməsi tələbini Avropa Komissiyası irəli sürüb. Komissiya bu bölməyə dövlət dotasiyasını əsassız hesab edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью