Dəmir yolu nəqliyyatı ilə ixrac azalıb

25.01.2025

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

2024-cü ildə Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yükdaşımalar 2023-cü illə müqayisədə 1,9% azalıb.

Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, 2024-cü ildə Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 3 milyard 329,9 milyon ABŞ dolları dəyərində 7 milyon 724,5 min ton beynəlxalq yük daşımaları həyata keçirilib.

Ötən il dəmir yolu nəqliyyatı ilə 2 milyard 488,9 milyon min ABŞ dolları dəyərində 4 milyon 947,5 min ton yük idxal edilib. İdxalın həcmi 7% artıb.

Hesabat dövründə 841 milyon ABŞ dollar dəyərində 2 milyon 777 min ton yük yük ixrac olunub.Bu da ixrac olunan yüklərin həcminin 14,6 % azalması deməkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью