Dəmir yolu nəqliyyatı ilə sərnişin daşımaları 16% dən çox artıb

16.05.2025

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2 979,1 min sərnişin daşınıb.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 16,1% çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında bu nəqliyyat növü ilə 2 565,7 min sərnişin daşınmışdı.

Qeyd edək ki, dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin ilk 4 ayında 5,7 milyon ton yük daşınıb. 2024-cü ilin yanvar-aprel ayı ilə müqayisədə yük daşınmasında 4,3 faiz azalma müşahidə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью