Dəmir yolu nəqliyyatı ilə sərnişindaşımada kəskin artım

23.11.2024

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 15,5 milyon ton yük, 6 milyon 941,7 min sərnişin daşınıb.

Axar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,3% və 23,6% çoxdur.

10 ay ərzində sutkada orta hesabla 386 vaqon yüklənib, 434 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 18,1 min ton, Qərb istiqaməti üzrə 4,2 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью