Dəmir yolu xətti təmirə bağlandı, körpə avtomobildə doğuş zamanı öldü TƏBİB dən açqlama

23.10.2025

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xaçmazda körpə avtomobildə doğuş zamanı ölüb.

Mia.az “Report”a istinadən xəbər verir ki, rayon sakini, 1985-ci il təvəllüdlü X.A. doğum üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən ərazidən keçən dəmir yolu xətti təmirə bağlandığına görə avtomobildə qalaraq xəstəxanaya çata bilməyib.

Nəticədə doğuş “VAZ-21010” markalı nəqliyyat vasitəsində baş tutub. Ancaq bütün səylərə baxmayaraq, yeni doğulan körpənin həyatını xilas etmək mümkün olmayıb.

X.A. isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən bildirilib ki, bu gün saat 11:00 radələrində 1985-ci il təvəllüdlü (qadın) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona vaxtından əvvəl doğuş diaqnozu təyin edilib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью