Dəmir yolu xəttinin yenidən qurulmasına 32 milyon avro ayıracaq

14.11.2024

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa İttifaqı (Aİ) Moldovada dəmir yolunun Şimal-Cənub dəhlizinin marşrutu üzrə 375 km-lik hissəsinin yenidən qurulmasına 32 milyon avro sərmayə qoyacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə Aİ-nin Kişinyovdakı Nümayəndəliyi məlumat yayıb.

Layihənin həyata keçirilməsi üçün Moldova Dəmir Yolları tenderdə qalib gələn və nəzarət üçün dəstək xidmətləri göstərəcək “Obermeyer Hellas” (Yunanıstan) və “DB Engineering & Consulting” (Almaniya) şirkətləri ilə müqavilə imzalayıb.

Bu, Aİ-nin “Həmrəylik dəhlizləri” təşəbbüsünün bir hissəsidir və Rumıniya, Ukrayna və Moldova arasında malların ixracını, idxalını və tranzitini artırmaq məqsədi daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью