Dəmir yumruqdan Zəfərə: Azərbaycanın şanlı yürüşü

26.09.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məcliisn deputatı Müşfiq Məmmədli deyib.

O bildirib ki, müharibənin ilk günündən Azərbaycan Ordusu düşmənin möhkəmləndirilmiş müdafiə xətlərini yararaq ardıcıl qələbələr qazandı: “Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələrinin azad edilməsi ordumuzun döyüş qabiliyyətini və yüksək peşəkarlığını nümayiş etdirdi. Oktyabrın 18-də Xudafərin körpüsündə Azərbaycan Bayrağının dalğalanması, oktyabrın 20-də Zəngilanın azad olunması isə Zəfər yürüşünün mühüm mərhələlərindən oldu.

Lakin bu yürüşün ən mühüm və həlledici məqamı Şuşanın azad edilməsi idi. Azərbaycan Ordusunun xüsusi təyinatlı qüvvələri son dərəcə mürəkkəb relyefdə, dağ və meşə cığırları ilə irəliləyərək Şuşaya daxil oldular. Noyabrın 8-də Şuşanın azad olunması Ermənistan ordusunun müqavimət imkanlarını faktiki olaraq sarsıtdı və 44 günlük müharibənin taleyini həll edən əsas hadisələrdən birinə çevrildi”.

Deputat qeyd edib ki, bu Zəfərin arxasında yalnız hərbi güc deyil, xalq-dövlət-ordu birliyi dayanırdı: “Azərbaycan xalqı Vətənin azadlığı naminə dövlətinin və Ordusunun ətrafında sıx birləşdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da informasiya cəbhəsində ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə verdilər. Məhz bu birlik xalqın iradəsini ifadə edən “Dəmir yumruq” anlayışında öz simvolik ifadəsini tapdı.
44 günlük müharibənin nəticəsi Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsinin bərpası oldu. Amma 2020-ci il Zəfəri Azərbaycanın dövlətçilik tarixində son mərhələ deyildi. 2023-cü il sentyabrın 19-da başlayan lokal antiterror tədbirləri ilə Qarabağda mövcud olan qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyuldu. Bir sutkadan az müddətdə onların silahı yerə qoyması və Azərbaycan rəhbərliyinin şərtlərini qəbul etməsi ölkənin bütün ərazisində Konstitusiya quruluşunun bərpasına və suverenliyin tam təmin edilməsinə gətirib çıxardı.
Beləliklə, 2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə başlayan Zəfər yürüşü 2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə məntiqi yekununa çatdı. Bu tarix yalnız hərbi Qələbə kimi deyil, həm də Azərbaycan dövlətinin iradəsinin, xalqın həmrəyliyinin və milli birliyin təntənəsi kimi yadda qaldı”.

M.Məmmədli əlavə edib ki, bu gün azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır, şəhər və kəndlər yenidən qurulur, insanların öz doğma yurdlarına qayıdışı təmin edilir: “Deməli, Zəfərin mahiyyəti yalnız torpaqların azad edilməsi ilə məhdudlaşmır. Zəfər həm də dağıdılmış yurdların dirçəldilməsi, milli yaddaşın bərpası və Azərbaycanın yeni inkişaf mərhələsinin qurulması deməkdir.

Odur ki, 27 Sentyabr Azərbaycan tarixində sadəcə müharibənin başlandığı gün deyil. Bu tarix xalqın öz dövlətinə, Ordusuna və Vətəninə olan bağlılığının, “Dəmir yumruq” kimi birləşən milli iradənin və Zəfərə aparan yolun rəmzidir. 44 günlük savaşda yazılan qəhrəmanlıq salnaməsi isə Azərbaycan dövlətçiliyinin yeni tarixinin ən parlaq səhifələrindən biri olaraq qalacaq”.
Deputat hesab edir ki, 27 Sentyabr 2020-ci il Azərbaycanın müasir tarixində sadəcə müharibənin başlandığı gün deyil, həm də 30 illik status-kvonun dağıldığı tarixi dönüş nöqtəsidir:

“Nəticə etibarilə, 27 Sentyabr Azərbaycanın müasir dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır. Bu tarixdən başlayan proses hərbi Zəfərdən ərazi bütövlüyünün bərpasına, oradan isə tam suverenliyə və azad edilmiş ərazilərin yenidən qurulmasına qədər uzanan böyük transformasiyaya çevrildi. “Dəmir yumruq” yalnız müharibə dövrünün şüarı deyil, Azərbaycanın milli iradəsinin və dövlətçilik əzminin simvoluna çevrildi”.

Mürtəza
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью