Dəmiryol Muzeyinə giriş sərbəst olacaq

01.07.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

5 iyulda Azərbaycan Dəmiryol Muzeyində ölkəmizin dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi münasibətilə “Açıq qapı” günü keçiriləcək.

ADY-dən Axar.az-a verilən məlumata görə, ziyarətçilər elektrikləşdirilmiş dəmir yollarının bir əsrlik inkişaf yolunu əks etdirən fotosərgi ilə yanaşı, muzeyin zəngin kolleksiyası ilə də tanış ola biləcəklər.

“Sizi dəmir yollarımızın qocaman tarixinə səyahətə, keçmişlə bu günü birləşdirən tərəqqi yolunu birlikdə kəşf etməyə dəvət edirik.

Giriş sərbəstdir”, - məlumatda bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью