Dəmiryollarında kabelləri kəsən şəxsləri 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir

06.02.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son zamanlar dəmiryollarına qarşı müxtəlif istiqamətli hərəkətlərin sayında artım müşahidə edilir. Gah qatarlara daş atılır, gah kabellər oğurlanır. Bu günlərdə də baş vermiş bir hadisə işarəvermə qurğularının işinin pozulması və Bakı-Ağstafa qatarının qrafikdən çıxması ilə nəticələnib. Belə ki, məlumata görə, saat 19 radələrində Yevlax-Ləki və Ləki-Yevlax sahələrində keçid işıqforları qırmızı göstərib. Nasazlığın aradan qaldırılması üçün əraziyə baxış keçirilən zaman məlum olub ki, işıqforların daimi qadağanedici işarə göstərməsinə səbəb həmin işıqforları qidalandıran 10 metr kabel xəttinin kəsilərək oğurlanmasıdır. Yəni kimsə gəlib, işıqforları qidalandıran kabelləri kəsib aparıb.

Əvvəllər bu kimi hadisələrlə çox qarşılaşırdıq. Hətta reysləri də kəsib aparırdılar. Həmin dövrlərdə nəzarət bu qədər güclü deyildi.

Kabelləri kəsib oğurlamaq hansı təfəkkürdən irəli gəlir?

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu barədə Azərbaycan Cinayət Məcəlləsinin 177.2.3-2 maddəsinə uyğun olaraq, cinayət işi başlanılır, oğurluq cinayət törədilmiş hesab edilir.

Ramil Süleymanov / Foto: Bizimyol.info

“Bu oğurluq cinayəti dəmiryollarına münasibətdə baş vermişdir. Burada təkcə oğurlanmış malların dəyəri deyil, eyni zamanda bununla bağlı dəmiryollarına cavabdehlik daşıyan dövlət idarəsinin üçüncü şəxslərin və müştərilərin qarşısında məsuliyyəti də nəzərə salınır”-deyən hüquqşünas qeyd edib ki, bu cinayətin törədilməsinə görə həmin şəxsləri 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью