Dəmiryolu relslərini oğurlamaqda şübhəli bilinən 3 nəfər saxlanıldı

15.09.2026

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Lənkəran rayonunda dəmiryolu ərazisindən relslər oğurlanıb.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinləri - 50 yaşlı A.İsayev, 53 yaşlı İ.Qəmbərov və 37 yaşlı N.Bayramov dəmiryolu relslərini kəsərək oğurlayan zaman hadisə yerində saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью