Dəmiryoluna qəfil çıxan gənci qatar vurub öldürdü

08.09.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəmkirdə qatar 24 yaşlı oğlanı vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində baş verib.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan Bakı-Tbilisi-Bakı sərnişin qatarı qəfil dəmiryoluna çıxan kənd sakini, 2002-ci il təvəllüdlü Rahil Vəliyevi vurub.

24 yaşlı gənc aldığı xəsarətlərdən elə hadisə yerində həyatını itirib. Əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью