Demokratiyanın karikaturası KONKRET

02.12.2024

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin oğlu Hunteri əfv etmək qərarını demokratik dəyərlərin alçaldılması kimi fəyərləndirib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, Zaxarova ABŞ prezidentinin bu addımını  demokratiyanın karikaturası adlandırıb. Bayden əvvəllər oğlunun hüquqi işlərinə qarışmayacağına söz vermişdi, lakin buna baxmayaraq, iki halda onu əfv edən fərman imzaladı. Ağ Ev də dəfələrlə prezidentin Hunterin işlərinə qarışmaq planının olmadığını bildirib. Xatırladaq ki, Delaver və Kaliforniya ştatlarında münsiflər heyəti   Hunter Baydeni silah saxlamaqda təqsirli bilib. İttiham tərəfi onun narkotik vasitələrdən istifadə etdiyi üçün silah almaq hüququna malik olmadığını bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью