Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
Demokratlar ABŞ Nümayəndələr Palatasında 258 yer qazanaraq 1992-ci ildən bəri ən yüksək nəticələrinə imza atıblar.
Turkustan.az xəbər verir ki, noyabrın 3-də ABŞ-da keçirilən ara seçkilərin qeyri-rəsmi nəticələrinə görə, Demokratlar Nümayəndələr Palatasında yerlərinin sayını 258-ə çatdırıblar.
Associated Press (AP) agentliyinin yaydığı məlumata əsasən, Şimali Karolinada Demokrat namizəd Çak Habbard Respublikaçı Virciniya Foksxa qalib gəlib. Bununla da Demokratların Palatadakı yerlərinin sayı 258-ə yüksəlib. Respublikaçılar isə 173 yer əldə ediblər.
Beləliklə, Demokratlar 1992-ci ildən bəri Nümayəndələr Palatasında ən yüksək yer sayına çatmış olublar.
Minnesota və Tennessi ştatlarının hər birində bir, Luiziana ştatında isə iki yer olmaqla, ümumilikdə dörd mandat üzrə qaliblər hələ müəyyən edilməyib.
Aytən Yaşar/Turkustan.az