Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Senatında Demokratlar Partiyasının nümayəndələri amerikalı iş adamı İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) hərəkətləri ilə bağlı şikayətlərin verilməsi üçün portal yaradıblar.
Bizimyol.info xəbər verir ki, bu barədə “The Washington Post” (WP) müvafiq məktuba istinadən məlumat yayıb.
Onun sözlərinə görə, portal ABŞ dövlət qulluqçularına Maskın hökumət və işçi heyətinin xərclərini azaltmaq üçün etdiyi hərəkətlərə və müşayiət olunan yoxlamalara cavab olaraq "öz departamentlərində hər hansı qeyri-qanuni fəaliyyət halları" barədə məlumat verməyə imkan verir.
Nəşrin qeyd etdiyi kimi, ABŞ Konqresinin Senatında və Nümayəndələr Palatasındakı demokrat azlıq Maskın və ABŞ prezidenti Donald Trampın “hərəkətlərinin konstitusiyaya zidd olması barədə həyəcan təbili çalmağa” başlayıb.
“WP”un əldə etdiyi Demokrat senatorların rəsmi şəxslərə ünvanladığı məktubda vurğulanır ki, onlar “cinayətlər, vəzifə səlahiyyətlərindən sui-istifadə və ictimai təhlükəsizliyə təhdidlər haqqında məlumat paylaşmağa çalışan istənilən məlumatı dəstəkləməyə” hazırdırlar.
Həmçinin qeyd edilir ki, demokratlar Tramp administrasiyasının hərəkətlərini, o cümlədən “ictimai dinləmələr” və məhkəmə iddiaları ilə araşdırmaq niyyətindədirlər.
Trampın inauqurasiyasından dərhal sonra DOGE ABŞ büdcəsindən ayrılan xərclərin geniş miqyaslı auditinə başlayıb.