Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehrana qarşı hərbi əməliyyatlarının maliyyələşdirilməsinin 2027-ci ilin yanvar ayının sonunadək təmin olunduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “The New York Post” qəzetinə müsahibəsi zamanı danışıb.
“Ümumilikdə, yanvarın sonunadək maliyyələşməmiz var”, – deyə Tramp bildirib.
O, ABŞ Konqresinə aralıq seçkilərdə demokratların qələbəsi fonunda İrana mümkün zərbələr endirmək üçün vaxt imkanının daralıb-daralmadığı barədə suala cavab verərkən bu fikri səsləndirib.
Nəşrin məlumatına görə, Tramp yanvar ayında yeni çağırış Konqres fəaliyyətə başladıqdan sonra hər iki palatada çoxluq əldə edəcək demokratların onun İrana qarşı hərbi imkanlarını məhdudlaşdıra biləcəyini qəbul edir.
Trampın sözlərinə görə, hazırda demokratlar “qələbəni məğlubiyyətə çevirməyə” çalışırlar.