Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Demokratlar Partiyası 1992-ci ildən bəri ilk dəfə ABŞ Nümayəndələr Palatasında 258 yer qazanıb.
Axar.az xəbər verir ki, bu barədə “Assoşeyited Press” (AP) agentliyinin məlumatında deyilir.
Demokratlar üçün bu 34 illik rekord Şimali Karolinada Çak Habbardın respublikaçı rəqibi Virciniya Foks üzərində qələbəsi ilə əldə edilib.
Respublikaçılar Konqresin aşağı palatasında 173 yer qazanıblar.
Qeyd edək ki, ABŞ Konqresi üçün aralıq seçkiləri 3 noyabrda keçirilib və nəticədə demokratlar hər iki palatada çoxluq qazanıblar. Bu seçkilərin nəticələrinə əsasən formalaşacaq növbəti, 120-ci Konqres 3 yanvar 2027-ci ildə işə başlayacaq.