Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-də demokratlar tərəfindən Konqresə Ukraynaya siyasi və hərbi dəstəyin davam etdirilməsinə dair ikinci qanun layihəsi təqdim olunub.
Bu sənədin Konqresdə keçmə ehtimalı azdır. Çünki hazırda Konqresdə çoxluq respublikaçılara məxsusdur.
Bəs bu layihəni respublikaçıların və Donald Tramp administrasiyasının dəstələmək ehtimalı varmı?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, təqdim olunan qanun layihəsini rəsmi Vaşinqtonun Ukraynaya dəstəyini davam etdirmək istəyi kimi qiymətləndirmək düzgün olmazdı: “Bu, demokratların mövqeyini əks etdirir.
Respublikaçılar daxilində isə Ukraynaya dəstəyə münasibət birmənalı deyil.
Partiyanın bir hissəsi, xüsusilə Trampa yaxın olan qanad, ABŞ-nin xarici münaqişələrdə aktiv iştirakına skeptik yanaşır.
Lakin digər respublikaçılar, xüsusilə də Senatda neokonservativ mövqeləri təmsil edən siyasətçilər, Rusiyanın davranışlarını qlobal təhlükə kimi qiymətləndirirlər”, – deyə deputat qeyd edib.